AZ

"Sabah" yarımfinal seriyasına böyük hesablı qələbə ilə başlayıb 

7 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL)  pley-off yarımfinal oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, pley-off 'un yarımfinal mərhələsində, "Sabah" və "Xırdalan" komandaları arasında seriyanın 1-ci oyunu baş tutub. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş "Sabah", yekunda 101-85 hesablı rahat qələbə qazanıb. Bu qələbə ilə "Sabah" seriyanın ümumi hesabında 1-0 önə keçib.

Ən məhsuldar basketbolçular: "Sabah" (Kivon Devenport - 24 xal, 3 ribaund), "Xırdalan" (Teyvion Körk - 27 xal, 9 asist).

Qeyd edək ki, "Sabah" və "Xırdalan"  komandaları arasında yarımfinal seriyasının 2-ci oyunu 10 may tarixində baş tutacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
2
Mənbələr
Şərh ()
Bağla