AZ

Basketbol: “Sabah” yarımfinal seriyasına qələbə ilə başladı

Bu gün – mayın 7-də “Sərhədçi” İdman Mərkəzində keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun “Sabah” və “Xırdalan” komandaları arasında baş tutub.

Seriyanın birinci oyununda ilk dəqiqələrdən üstünlüyü ələ keçirmiş “Sabah” yekunda 101:85 hesablı rahat qələbə qazanıb. Bu qələbə ilə “Sabah” seriyanın ümumi hesabında 1:0 önə keçib.

Qalib komandanın ən məhsuldar basketbolçusu Kivon Devenport olub – 24 xal, 3 ribaund. “Xırdalan”da isə Teyvion Körk özündən söz etdirib – 27 xal, 9 asist.

Qeyd edək ki, “Sabah” və “Xırdalan” komandaları arasında yarımfinal seriyasının 2-ci oyunu mayın 10-da baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
2
arena.az

3Mənbələr