AZ

“İstanbul Aptek”də əczaçılıq tələblərini pozan mallar satılıb?

“İstanbul Aptek” ticarət qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir. 

Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 452.4-cü (Aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satılması) maddəsi ilə inzibati iş başlanıb. 

İşə Yasamal Rayon Məhkəməsində baxılacaq.

452.4-cü maddədə üç yüz əlli manat məbləğində cərimə nəzərdə tutulur.

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla