AZ

Ançelottidən Arda Gülər planı

UEFA Çempionlar Liqasının yarımfinal cavab matçında sabah "Bavariya"nı qəbul edəcək "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti çətin oyun öncəsi gənc futbolçusu Arda Gülər ilə görüşüb.

News24.az xəbər verir ki, ilk 11-də yer alan və "Real"ın La Liqada son iki matçında (Real Sosyedad və Cadiz) 1 qol vuran Arda, "Bavariya" matçı öncəsi Ançelotti üçün vacib kozır olub.

Defensa Central xəbərinə görə; Keyfiyyətinə çox güvəndiyi gənc istedadla xüsusi söhbət edən italiyalı çalışdırıcı türkiyəli futbolçunu böyük matçda start 11-də olmasa belə, sonradan təyin edə biləcəyinə işarə vurub.

Xəbərdə Ançelottinin Arda Gülərə "hazır ol" göstərişi verdiyi və "İkinci yarıda və ya əlavə vaxtda sənə ehtiyacım ola bilər" dediyi iddia edilib. Ardanın matçın gedişindən asılı olaraq Bayern Münhen matçında oynayacağı gözlənilir.

19 yaşlı futbolçunun məşqçisinin sözlərini müsbət qarşıladığı və matçda iştirak etməyi səbirsizliklə gözlədiyi bildirilib.

Bu arada xəbərin təfərrüatında Arda Gülərin son performansı təriflənərək, "Türk futbolçu matçın dinamikasına daxil olub. O, hər dəfə meydançaya çıxanda möhtəşəm keyfiyyətinin izlərini buraxır" şərhi edilib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla