AZ

Bu gecə “Avroviziya-2024”ün ilk finalçıları müəyyənləşəcək


Bu gün axşam İsveçin Malmö şəhərində “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayır və gecə on finalçı müəyyənləşəcək.
Yeniavaz.com
xəbər verir ki, birinci yarımfinalın iştirakçıları siyahısına Kipr, Serbiya, Litva, İrlandiya, Ukrayna, Xorvatiya, İslandiya, Sloveniya, Finlandiya, Moldova, Azərbaycan, Avstraliya, Portuqaliya və Lüksemburq daxildir.
Müsabiqənin yeni qaydalarına əsasən, bu dəfə “Böyük beşlik” adlanan ölkələrin (Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və ev sahibi ölkə) nümayəndələri də yarımfinalda çıxış edəcək və avtomatik finala keçəcək.
Qeyd edək ki, bu il Azərbaycanı Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətov dueti “Özünlə apar” mahnısı ilə təmsil edəcək. Onlar 12-ci nömrə ilə çıxış edəcək.
Xatırladaq ki, ikinci yarımfinal mayın 9-da, final isə mayın 11-də olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
50
Mənbələr
Şərh ()
Bağla