AZ

Rusiya Xarici İşlər Nazirliyi ""Avroviziya-2024"ü Qərbi Avropanın dəfn mərasimi ADLANDIRDI

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova İsveçin Malmö şəhərində başa çatan "Avroviziya" mahnı müsabiqəsini Qərbi Avropa üçün “dəfn mərasimi” adlandırıb.Avropa.info xəbər verir ki, diplomat öz Telegram kanalında yazıb.“Eurovision 2024 hər hansı bir orgiya, coven və ya ritual müqəddəsliyi üstələyib. Qərbi Avropada dəfn mərasimləri həmişəki kimi keçirilir. Heç bir sürpriz yoxdur”, – deyə o qeyd edib.Xatırladaq ki, İsveçrə təmsilçisi, reper Nemo (Nemo Mettler) "Avroviziya-2024" musiqi müsabiqəsinin qalibi olub.Reper “The Code” mahnısı ilə birinci yeri tutub.Səsvermə nəticəsində münsiflər heyəti və tamaşaçıların səsverməsinin nəticələrinə əsasən İsveçrə 591 bal toplayıb.İkinci yeri Xorvatiya tutub. Onun təmsilçisi Baby Lasagna (Marko Purisic) Rim Tim Tagi Dim mahnısı ilə 547 xal toplayıb.Üçüncü yerdə “Teresa & Maria” mahnısı ilə Ukraynadan olan ifaçılar Cerri Heil və Alyona Alyona (Yana Şemaeva və Alena Savranenko) qərarlaşıb. Onların tərkibi 453 xal toplayıb.İsrailli Eden Qolan Hurricane mahnısı ilə beşinci yeri tutub. Səsvermənin nəticələrinə görə, o, 375 bal toplayıb.İsrailin müsabiqədə iştirakı etirazlarla müşayiət olunub. Yarış zamanı minlərlə insan Malmödə Fələstinə dəstək aksiyası keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
247
5
avropa.info

10Mənbələr