AZ

Qəzzada saxlanılan girovlardan biri öldü

Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağında saxlanılan girovlardan birinin öldüyü barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, bu bəyanat qrup nümayəndəsi Əbu Ubeydənin teleqram kanalında yerləşdirilib.

Xəbərdə 70 yaşlı qadının əvvəllər aldığı xəsarətlərdən dünyasını dəyişdiyi dəqiqləşdirilib. Bəyanatda qeyd olunub ki, təxminən bir ay əvvəl girovun yerləşdiyi otaq atəşə tutulub.

Bir gün əvvəl Həmas ABŞ hakimiyyətini Rəfahdakı hərbi əməliyyatı dayandırmaq üçün İsrailə təsir göstərməyə çağırıb.

Mayın 7-də İsrail Silahlı Qüvvələri Rəfahda “hədəf” əməliyyatına başladığını rəsmən elan edib.


Müəllif: Teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla