AZ

Şuşada şəhid israfil İbrahimovun adına küçə verilib - FOTO

Şuşa şəhərindəki küçələrdən birinə şəhid İsrafil İbrahimovun adı verilib. 

Qaziler.az bildirir ki, şəhid İsrafil İbrahimovun atası Zülfüqar İbrahimov Birinci Qarabağ müharibəsinin iştirakçısı, qazidir.

Qazi oğlunun dörd qazi əmisindən ikisi müharibədə sağlamlığını itirib.

Azərbaycanın xalq artisti, xanəndə Mənsum İbrahimov da şəhid İsrafilin əmisidir.

İsrafil İbrahimov 1997-ci il oktyabrın 16-da Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonundan idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsrafil İbrahimov oktyabrın 26-da Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün İsrafil İbrahimov ölümündən sonra "Vətən uğrunda", 3-cü dərəcəli "Vətənə xidmətə görə", "Qubadlının azad olunmasına görə" , "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

QAZİLER.AZ

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla