AZ

Konfranslarda yarımfinalçılar müəyyənləşdi

Milli Hokkey Liqasında son üç gündə keçirilən oyunlarla konfranslarda 1/4 final mərhələsi başa çatdı.

"Football-plus.az" xəbər verir ki, mayın 4-də “Vankuver” “Neşvill”i seriyanın 6-cı oyununda məğlub etməyi bacardı. Ertəsi gün “Boston” – “Toronto” seriyası başa çatdı. Seriyanın 7-ci oyununda qalib gələn “Boston” növbəti mərhələdə “Florida”ya rəqib oldu. Maraqlıdı ki, bu ik komanda ötən mövsüm pley-offun ill mərhələsində üz-üzə gəlmiş, “Panterz” 4:3 hesabıyla qələbə qazanmışdı. Bazar günü Şərq konfransında yarımfinal mərhələsi də start götürdü. “Reyncers” seriyanın ilk oyununda “Karolina”ya qalib gəldi.

Dünən sonuncu 1/4 final seriyası da arxada qaldı. “Veqas”ı seriyanın 7-ci oyununda məğlub edən “Dallas” Qərb konfransının yarımfinalında “Kolorado” ilə qarşılaşacaq. Bu komandalar indiyə qədər 5 dəfə pley-offda üz-üzə gəlib, “Dallas” bunların üçündə qalib gəlib.

Beləliklə, pley-offun 2-ci mərhələsi, yəni konfrans yarımfinalları üçün cütlər bəllidi. Şərq konfransı: “Florida” – “Boston”, “Reyncers” – “Karolina”. Qərb konfransı: “Dallas” – “Kolorado”, “Vankuver” – “Edmonton”.

4 may
Neşvill – Vankuver 0:1 (0:0, 0:0, 0:1)
Seriyada hesab – 2:4.
Veqas – Dallas 2:0 (0:0, 0:0, 2:0)
Seriyada hesab – 3:3.
5 may
Boston – Toronto 2:1 ОТ (0:0, 0:0, 1:1, 1:0)
Seriyada hesab – 4:3.
Reyncers – Karolina 4:3 (3:1, 0:0, 1:2)
Seriyada hesab – 1:0.
6 may
Dallas – Veqas 2:1 (1:0, 0:1, 1:0)
Seriyada hesab – 4:3.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla