AZ

Dopinqə görə diskvalifikasiya edilən Poqba komediya filmində rol aldı

"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba "4 Zeros" komediya filmində rol alıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Le Parisien" nəşri yazır.

Mənbənin sözlərinə görə, bu filmdə fransız futbolçu gənc futbolçuları yetişdirən məşqçi rolunu oynayıb.

Sözügedən filmin 2025-ci il aprelin 9-da nümayiş etdiriləcəyi planlaşdırılır.

Filmin heyətində keçmiş "Monako" oyunçusu Roland Kurbis və "Oser"in keçmiş futbolçusu Qay Ru da yer aldığı vurğulanır.

Xatırladaq ki, ötən ilin avqustunda Poqba dopinq testi müsbət nəticə verib. Fevralın 29-da antidopinq məhkəməsi yarımmüdafiəçinin 4 il müddətinə futboldan uzaqlaşdırılması qərarını təsdiqləyib. Məhkəmə Poqbanın fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra o, apellyasiya şikayəti verib.

Futbolçu 2018-ci il dünya çempionu, 2016-cı il Avropa çempionatının gümüş mükafatçısıdır. Poqba həm də Avropa Liqasının qalibi (2017), 4 qat İtaliya çempionudur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla