AZ

ABŞ Rüttenin NATO-nun yeni baş katibi təyin edilməsini dəstəkləməkdə davam edir

Amerika Birləşmiş Ştatları Niderlandın Baş naziri vəzifəsini icra edən Mark Rüttenin NATO-nun növbəti baş katibi vəzifəsinə təyin edilməsini dəstəkləməkdə davam edir.

“Report” xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Cənab Rüttenin alyansın növbəti Baş katibi olmasına dəstəyimiz baxımından heç nə dəyişməyib” - deyə, o bildirib.

Qeyd edək ki, ötən ay M.Rütte İstanbula səfər etmiş, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla görüşüb, ondan dəstək istəmişdi. Onlar arasında aprelin 26-da təkbətək görüş olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
3
Mənbələr
Şərh ()
Bağla