AZ

İYİ Partiyadan CHP-yə "axın" davam edir

İYİ Partiyada istefalar davam etməkdədir.
 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, Alaşehir rayon başqanı Volkan Bozdağ və idarə heyəti üzvləri Kamil Yılmaz, Ömər Şenir, Adem Sönməz, Müşerref Saruhan, Suat Saruhan, Emine Bozdağ və Hasibe Bozdağ tutduqları vəzifələrdən və partiyadan istefa veriblər. Bozdağ 7 idarə heyəti üzvü ilə birlikdə Cümhuriyyət Xalq Partiyasına (CHP) qatılıb.

CHP Alaşehir rayon qərargahında keçirilən mərasimə CHP Alaşehir rayon sədri Mustafa Öztürk, Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek və Alaşehir Bələdiyyə Başçısı Əhməd Öküzcüoğlu da qatılıb. Bundan başqa Toygar İlçe Muxtarı Yusuf Aşkın və təqaüdçü müəllim Cahit Karaman da partiyaya üzv olub.
 

Yeni üzvlərin döş nişanlarını CHP Alaşehir rayon sədri Mustafa Öztürk, Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek və Alaşehir Bələdiyyə Başçısı Əhməd Öküzcüoğlu taxıblar.

İnci

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla