AZ

QHT sədrinin Türkiyədəki işgüzar səfəri, Universitetlə əməkdaşlıq

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Türkiyənin Çanaqqala şəhərinə işgüzar səfəri çərçivəsində Çanaqqala 18 Mart Universitetinin rektoru Prof. Dr. Cüneyt Erenoğlu ilə görüşüb.

QHT.az xəbər verir ki, gələcək qarşılıqlı fəaliyyət istiqamətlərinin müzakirə olunduğu görüşün sonunda Sevinc Orucova tərəfindən cənab rektora tarixi Şuşa şəhərini özündə əks etdirən xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, bu, səmimi bir dostluq və münasibət göstəricisi, həmçinin Şuşanın və onun tarixi zənginliyinin dəyərini və önəmini vurğulayaraq, ikitərəfli əlaqələrin daha da güclənməsinə bir addımdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla