AZ

Putinlə bağlı gözlənilən qərar məlum oldu

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş andiçmə mərasimi münasibətilə Rusiya prezidenti Vladimir Putinə məktub göndərəcək.

Teleqraf.com TASS -a istinadən xəbər verir ki, bu barədə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Baş katib hər dəfə dövlət başçısının andiçmə mərasimi və ya yenidən andiçmə mərasimində etdiyi kimi bu dəfə də məktub göndərəcək” - deyə nümayəndə qeyd edib.

Mayın 7-də Vladimir Putin həyatında beşinci dəfə təntənəli şəkildə Rusiya prezidenti vəzifəsinin icrasına başlayıb. Yeni səlahiyyət müddəti 2030-cu ilə qədər davam edəcək. Hökumət inauqurasiyadan sonra avtomatik olaraq istefa verdi.


Müəllif: Pərvin Cəfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
Mənbələr
Şərh ()
Bağla