AZ

"İpsviç Taun" "Arsenal"ın hücumçu ilə maraqlanır

İngiltərə Premyer Liqasına qayıdan "İpsviç Taun" yay "transfer pəncərəsi"ndə heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, klub "Arsenal"ın hücumçusu Eddi Nketiya ilə yaxından maraqlanır. 24 yaşlı futbolçunun "topçular"la müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı ingiltərəli forvardı 30 milyon avro məbləğində dəyərləndirib.

Bu mövsüm Eddi Premyer Liqada çıxdığı 27 oyunda, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
42
Mənbələr
Şərh ()
Bağla