AZ

“Sabah” ardıcıl 4-cü qələbəsini qazandı - REPORTAJ

Ötən tur yeni vəzifədə ilk qələbəyə sevinən Elmar Baxşıyev “Zirə”nin avrokubok iddiasına ciddi zərbə vurdu.

Təbii ki, naxçıvanlılar “Sabah”I da məğlub etməyə çalışacaqdı. Qonaqlar üçün isə qələbə avrokuboklara vəsiqə şansını qoruması baxımından önəmli idi.
Qonaqlar elə 1-ci dəqiqədə hesabı açdı. Kadiri topu “Sabah”ın oyunçusuna “bağışladı”. Ayaz Quliyevin uzaqdan baxımlı zərbəsi qolla nəticələndi. Nominal meydan sahibləri dərhal irəli atıldı. Maşike Kuzmanoviçə doğru ötürmə verdi. Miço zərbə endirsə də, Amin topu küncə çıxarmağı bacardı. Küncdən zərbəni Kuzmanoviç yerinə yetirdi. Onun qapı qarşısına ötürməsini Zamiq tamamlamaq istəsə də, top tirdən qayıtdı. 38-ci dəqiqədə “bayquşlar” qısa ötürmələrlə irəli atıldı.Sekidikanın ötürməsini Parris qəbul etdi. Yamaykalı yarımmüdafiəçi cərimə meydançasında rəqiblərindən yayınsa da, zəribəsi qeyri-dəqiq oldu. Hissənin sonuna qədər başqa təhlükəli vəziyyət olmadı. İkinci hissə “Araz Naxçıvan”ın kəskin təzyiqiylə başladı və ilk yarı ilə müqayisədə daha canlı keçdi. 50-ci dəqiqədə Sekidika cərimə meydançasına doğru ötürmə versə də, topu tamamlayan olmadı. Seydiyev qapı qarşısına zərbəsi zamanı top Ribeyronun əlinə deyərək meydanı tərk etdi. Maraqlı məqam odu ki, FİFA referisi heç nə olmadığınə desə də, VAR bu qərarla razılaşmadı. Nəhayət, Əliyar Ağayev məhz özü monitorda təkrara baxandan sonra “nöqtə”ni göstərdi. Çakla Avramla deuldən məğlub ayrıldı. 61-ci dəqiqədə Parris üç rəqibdən yayınıb zərbə vursa da, Avram topun tora qovuşmasına mane olmağı bacardı. Artırılmış 4-cü dəqiqədə Namik Apehə doğru ötürmə verdi. Apeh Avramı keçib zərbə endirsə də, Elçin Mustafayev qolkiperin boş olduğu zonanı doldurmağı bacardı. Son dəqiqədə “Araz Naxçıvan” cərimə zərbəsi qazandı. Kuzmanoviçin birbaşa qapıya zərbəsi dirəkdən qayıtdı. Ədalət təmsilçisinin bir neçə dəqiqə sonra səsləndirdiyi final fiti isə “Sabah”ın ardıcıl 4-cü qələbəsini rəsmiləşdirdi.

Gözdən qaçmadı
* Oyundan öncə “Sabah”ın oyunçuları məşq zamanı “Soldati di Sabah” azarkeş qrupunun pankartını saldı. “Sektor 85” və “Soldati di Sabah” azarkeş qrupları tribunada yerlərini almışdı.
* Oyundan sonra “Sabah”la “Araz-Naxçıvan”ın futbolçuları forma dəyişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
Mənbələr
Şərh ()
Bağla