AZ

Ağ Ev: İsrail ABŞ-ni Rəfahdakı məhdud əməliyyat barədə xəbərdar edib

İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şərqindəki hərbi əməliyyatın məhdud olduğu barədə ABŞ-ni xəbərdar edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən növbəti onlayn brifinqdə bildirib.

"İsrailli həmkarlarımız bizə bildirdilər ki, dünən gecəki əməliyyat məhdud xarakter daşıyır və HƏMAS-ın Qəzza zolağına silah və vəsait gətirmək imkanlarını pozmağa yönəlib", - diplomat vurğulayıb.

Eyni zamanda, Kirbi qeyd edib ki, ABŞ-nin Rəfah əməliyyatı ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Onun sözlərinə görə, əhalinin sıx məskunlaşdığı ərazidə bu cür hərəkətlər mülki əhali üçün risk daşıyır və tələfat təhlükəsi yaradır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla