AZ

Onun kimi çox yaşamaq istəyən gənclərə ilk tövsiyəsi: "Evlənməyin"

Uzunömürlülük dedikdə ağla Bryan Cohnson kimi texnoloji maqnatların çılğın layihələri gəlir, lakin ömrünü çox daha sadə şəkildə uzatmaq da mümkündür. Necə? Bu mövzuda 100 yaşlı Coys Preston məsləhətlər verib.

BAKU.WS xarici mediaya isinadən xəbər verir ki, İngiltərənin Stockport şəhərində yaşayan Coys Preston düz bir əsr əvvəl, 1924-cü ildə anadan olub.

Prestonun bir əsrlik həyatı rəngarəng detallarla doludur. Uzun müddət pambıq araşdırma şirkətində çalışan Preston təxminən 90 il piano çalıb və xorlarda oxuyub. Həm də səyahətçi olan Preston dostları ilə dünyanı gəzib, xüsusilə Yaxın Şərq ölkələrinə heyran olub.

Preston bir neçə ay əvvəl qocalar evinə köçüb. Burada çox yaxşı əhval-ruhiyyədə olan Preston hər günə yoqa və ya yüngül məşqlər etməklə başlayır və gəzintiyə çıxmaqdan zövq alır.

Preston onun kimi 100 yaşına qədər yaşamaq istəyənlər üçün faydalı məsləhətləri də sadalayıb.

Heç vaxt evli olmayan Preston 100 yaşa qədər yaşamaq istəyənlərə verdiyi bir nömrəli məsləhəti subay qalmaqdır.

Bəzi araşdırmalar göstərir ki, evli insanlar daha uzun yaşayırlar. Bunun səbəbinin evli insanların daha az tənha hiss etmələri və stress keçirmələri ola biləcəyi bildirilir.

Bununla belə, "London School of Economics"də dərs deyən Paul Dolan "The Guardian"a verdiyi açıqlamada, heç vaxt evlənməyən uşaqsız qadınların həyat yoldaşına səbr etmək məcburiyyətində olmadığı üçün ən sağlam və ən xoşbəxt insanlar olduğunu bildirib.

Preston evli olmasa da, tək deyil, əksinə, çoxlu dostu var və vaxtının əhəmiyyətli hissəsini onlarla keçirir.

Preston, yaşının ona mane olmasına imkan vermədiyini və son vaxtlara qədər müstəqilliyini qoruduğunu və hər şeyi, o cümlədən avtomobil idarə etdiyini söyləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla