AZ

Mbappe "Real"da bu nömrəni geyinəcək

Fransanın PSJ klubundan ayrılacaq olan Kilian Mbappenin "Real Madrid" klubunda geyinəcəyi forma nömrəsi bəlli olub.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

İspaniyanın nəhənginə transferi gözlənilən 25 yaşlı hücumçu 10 nömrəli forma geyinəcək.

Qeyd edək ki, transferin yayın əvvələrində açıqlanacağı bildirilir.

Mbappe Paris təmsilçisinin heyətində ümumilikdə 305 oyuna çıxıb və 255 qola imza atıb.

"Transfermarkt" portalı forvardın transfer qiymətini 180 milyon avro dəyərləndirir.

Qeyd edək ki, hazırda 10 nömrəli formada Luka Modriç oynayır. Xorvatiyalının gələn mövsüm Madrid təmsilçisindəki taleyi bəlli deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
27
Mənbələr
Şərh ()
Bağla