AZ

“Apple” elektrik avtomobil istehsalçısıilə əməkdaşlıq edəcəkmi?

İllərdir ki, “Apple”ın elektrik avtomobil sənayesinə daxil olub-olmayacağı maraq doğurur. Xüsusilə “Xiaomi”nin elektrikli avtomobil istehsalına keçərək uğur qazanması bu sualı daha çox gündəmə gətirməyə başlayıb. Bu ilin əvvəlində on ildir davam edən “Project Titan” elektrikli avtomobil təşəbbüsünü ləğv edən “Apple” bu bazarda görünmür.

Avtosfer.az-ın məlumatına görə, texnologiya nəhəngi elektrikli avtomobil sahibkarı ilə əməkdaşlıq edə biləcəyi iddia olunur.

Şayiələrə görə, “Apple” elektrikli avtomobil istehsalı təşəbbüsündən əl çəkməyə və fərqli startaplarla tərəfdaşlığa başlaya bilər. Şirkət hələ uğur əldə etmədiyi və hədəflərinin tamamlanmadığı üçün “Apple”ın ABŞ-da müəyyən bir elektrik avtomobil startapı ilə ortaqlıq üçün bazar araşdırması apardığı iddia edilir.

Nəşr edilən hesabata görə, “Rivian” komanda qurmağı hədəfləyən “Apple” üçün çox ehtimal namizəd kimi görünür. Bundan əlavə, şirkətin on il ərzində elektrik və sürücüsüz avtomobillər, yəni avtonom idarəetmə üzərində işləməsi bu komandanın yaradılmasını asanlaşdıra bilər.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla