AZ

Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək

Azərbaycanın parataekvondo millisi Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatında iştirak edəcək.

"Report"un məlumatına görə, yarışda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) mübarizə aparacaq.

Parataekvondoçularımız K-44 kateqoriyasında qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnir mayın 9-dan 12-dək keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
50
report.az

10Mənbələr