AZ

Qaşım Maqomedov Avropa çempionatında 3-cü oldu

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, 58 kq-da yarışan taekvondoçumuz qitə birinciliyinin ikinci günündə fəxri kürsüdə yer almağa nail olub.

O, yarışa rumıniyalı Skutaru Tristan üzərində qələbə ilə başlayıb – 2:0. Taekvondoçumuz 1/8 finalda Xaled Abdel Halima (Almaniya) 2:1 hesabı ilə qalib gəlib. Maqomedov ardınca Cek Uollini (İrlandiya) də eyni hesabla məğlub edib. Taekvondoçumuzun yarımfinalda rəqibi Vito Dell Aquila (İtaliya) olub. Gərgin keçən görüşdə Qaşım Maqomedov məğlub olduğu üçün bürünc medala yiyələnib.

İkinci yarış günündə Taleh Süleymanov (87 kq) və qadınların yarışında mübarizə aparan Nigar Abdullayeva (53 kq) da mübarizəyə qoşulub. Lakin onlar uğursuz çıxış ediblər.

Qeyd edək ki, Azərbaycan millisi yarışa ümumilikdə 12 taekvondoçu ilə qatılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
240
7
arena.az

10Mənbələr