AZ

Lukaşenko bildirib ki, dünya nüvə müharibəsinə daha yaxındır




Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, bu gün dünya nüvə müharibəsinin başlanmasına əvvəlkindən daha yaxındır. Bu barədə RİA Novosti yerli KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, beynəlxalq münasibətlərin gərginləşməsi Qərb siyasətçilərinin bəyanatları ilə bağlıdır. Bununla yanaşı, Lukaşenko hesab edir ki, gərginlik təkcə Avropada deyil, bütün dünyada artmaqdadır.

“Dövlət başçısı vurğulayıb ki, dünya heç vaxt nüvə müharibəsi astanasına indiki qədər yaxınlaşmayıb”, - Belarusun dövlət agentliyi Belta bildirib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi qeyri-strateji nüvə silahlarından istifadə üzrə təlimlərə hazırlıq barədə məlumat vermişdi.

aia.az
Tərcümə şöbəsi



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla