AZ

Mövsümü erkən başa vurdu

“Mançester Yunayted”də zədə sindromu davam edir.
“Football-plus.az” xəbər verir ki, Komandanın kapitanı Harri Maquayr da sıradan çıxıb. 31 yaşlı oyunçu premyer-liqanın 36-cı turunun “Kristal Pelas”la oyunu ərəfəsində əzələsindən zədə alıb. Klubun rəsmi saytının məlimatında onun təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdi ki, ingilis futbolçu üçün mövsüm erkən sona çatıb.

Qeyd edək ki, Maquayr MY-də zədələnən 6-cı mərkəz müdafiəçisidi. Ondan əvvəl Rafael Varan, Conni Evans, Lisandro Martines, Viktor Lindelöf və Villi Kambval da zədələnib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla