“Mançester Yunayted”də zədə sindromu davam edir.
“Football-plus.az” xəbər verir ki, Komandanın kapitanı Harri Maquayr da sıradan çıxıb. 31 yaşlı oyunçu premyer-liqanın 36-cı turunun “Kristal Pelas”la oyunu ərəfəsində əzələsindən zədə alıb. Klubun rəsmi saytının məlimatında onun təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdi ki, ingilis futbolçu üçün mövsüm erkən sona çatıb.
Qeyd edək ki, Maquayr MY-də zədələnən 6-cı mərkəz müdafiəçisidi. Ondan əvvəl Rafael Varan, Conni Evans, Lisandro Martines, Viktor Lindelöf və Villi Kambval da zədələnib.
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta