AZ

Bu ölkə F-16-ların ilk partiyasını Ukraynaya göndərəcək

Yayda ilk partiyanı göndərəcəyini vəd edən Danimarkanın ardınca Niderland bu ilin payızında Ukraynanı F-16 qırıcıları ilə təchiz etməyə başlayacaq.

News24.az xəbər verir ki, bu barədə Niderlandın Müdafiə Naziri Kaisa Ollongren Delfi-yə bildirib.

O qeyd edib ki, bu cür müddətlər müttəfiqlərin planında göstərilib.

O xatırladıb ki, F-16 Silahlı Qüvvələrinin təmin edilməsinin tam sxemi ukraynalı pilotların hazırlanmasını, texniki qulluqçuların hazırlanmasını və təyyarələrin birbaşa ötürülməsini nəzərdə tutur. Ollonqrenin sözlərinə görə, indi ilk iki mərhələ davam edir: ukraynalılar ABŞ, Danimarka, Böyük Britaniya, Fransa və Rumıniyada Qərb texnologiyalarından istifadə etməyi öyrənirlər.

Mehriban Mirzəzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla