AZ

Özbəkistan prezidenti sabah Moskvaya işgüzar səfərə gedəcək

Özbəkistan prezidenti Şavkat Mirziyoyev mayın 8-9-da Moskvada işgüzar səfərdə olacaq və Qələbənin 79-cu ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Mirziyoyev Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında müşahidəçi dövlətin başçısı statusunda iştirak edəcək.

Bir sıra ikitərəfli görüşlər də nəzərdə tutulub.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
11
Mənbələr
Şərh ()
Bağla