AZ

Özbəkistan Prezidenti Rusiyaya gedir

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mayın 8-9-da Moskvada işgüzar səfərdə olacaq.

"Ölkə.az" xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Özbəkistan lideri Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Ali Avrasiya İqtisadi Şurasının müşahidəçi dövlət başçısı statusunda keçiriləcək növbəti iclasında və İkinci Dünya Müharibəsində qazanılan qələbənin 79-cu ildönümü ilə bağlı təntənəli tədbirlərdə iştirak edəcək.

Səfər proqramına uyğun olaraq, bir sıra ikitərəfli görüşlər də nəzərdə tutulub.

Qeyd edək ki, Moskvada Qələbənin 79-cu ildönümü şərəfinə paradın məşqləri keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
11
olke.az

10Mənbələr