AZ

Baş nazir gizli planı açıqladı: “Köçəryanı hakimiyyətə gətirmək istəyirlər”

Erməni kilsəsinin ali rəhbərliyi ruhani liderliyini iflasa uğratdı.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan keşiş Baqrat Srpazanın rəhbərlik etdiyi aksiya barədə danışarkən deyib.

“Biz kilsə ilə mübarizə aparmırıq. Kilsənin bizimlə ziddiyyətli mövqedə durmasına baxmayaraq, bu suala cavab verməlidirlər. Əgər bəzi ruhanilər siyasi təklif irəli sürürlərsə, bu o deməkdir ki, onlar öz uğursuzluqlarını və ya ruhani liderliyini həyata keçirə bilmədiklərini etiraf edirlər”, - baş nazir bildirb.

Paşinyanın sözlərinə görə, bu gün Ermənistanda siyasi lider olmaq həvəsinə düşən din xadimləri var: “Ruhanilikdə, insanlarla Tanrı arasında bağ olmaq missiyasında uğursuzluğa düçar olmuş din xadimləri siyasi təkliflər verirlər. Təəssüf ki, bir çox yüksək rütbəli din xadimləri bu vəziyyətdədir. Qorxuram ki, ruhani liderlik ən yüksək səviyyədə uğursuzluğa düçar olub”.

Paşinyan kilsə xadimələrinin dindən başda hər şeydən danışdıqlarını vurğulayıb.

Baş nazir bəyan edib ki, erməni kilsəsinin ali rəhbərliyi mənəvi cəhətdən iflasa uğrayıb:

“Bu gün insanlar çıxıb açıq şəkildə müharibəni təbliğ edirlər. Kimin adına müharibəni təbliğ edirlər? Deyirlər ki, məbəd küçəyə qalib gələcək, amma küçə kimdir, xalqdır. Mən xalqın iradəsi ilə buradayam və xalqın istəyi ilə də nə vaxtsa olmayacam. Bu gün hakimiyyət sahibinin əlindədir, yəni xalqın əlindədir. Əgər xalq qərar versə ki, müharibə istəyir, mən hər şeyi xalqa təqdim etməyə çalışacam və indi də bunu edirəm. İndi də deyirlər ki, biz əvvəlkiləri (Robert Köçəryan və Serj Sərkisyan) hakimiyyətə gətirmək istəyirik. Siz hakimiyyətə gətirəcəksiniz? Bunu yalnız və müstəsna olaraq xalq edə bilər”.

Ermənistan rəhbəri onu da vurğulayıb ki, bütün ermənilərin katolikosu II Qaregin siyasi hərəkata rəhbərlik edir.

“Bəllidir ki, bu gün Ermənistanda siyasi hərəkata bütün ermənilərin katolikosu rəhbərlik edir. Niyə katolikos siyasi hərəkata rəhbərlik etməlidir? Hərəkatın sözçüsü bəyan edib ki, məqsəd Ermənistanda əvvəlki hökuməti hakimiyyətə gətirməkdir. Bu ssenari 2021-ci il seçkilərindən sonra təqdim olunmuşdu. “Ermənistan” fraksiyasının lideri bu ssenarini təqdim etdi ki, Ermənistanda hakimiyyət dəyişikliyi kilsə vasitəsilə necə həyata keçirilməlidir. Bütün ermənilərin katolikosundan xeyir-dua almaq nə deməkdir? Bir keşiş bütün ermənilərin katolikosunun icazəsi, göstərişi olmadan siyasi açıqlama verə bilməz. Görünən odur ki, prosesin lideri bütün ermənilərin katolikosu, benefisiar isə “Ermənistan” blokunun lideri Robert Köçəryandır”./Teleqraf.com 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
3
Mənbələr
Şərh ()
Bağla