AZ

Xaricə getmək istəyənlərin NƏZƏRİNƏ: Viza problemi həll olur? / AÇIQLAMA

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilib.


Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunda əksini tapıb.

 

Ümumiyyətlə, viza tələbinin hansı əhəmiyyətləri var? Başqa hansı ölkələrlə Azərbaycan arasında viza tələbinin ləğvi məqsədəuyğun ola bilər? Digər ölkələrlə də viza tələbinin ləğvi Azərbaycan turizminə hansı nəticələr göstərə bilər?


Turizm eksperti Ceyhun Aşurov Referans.az" target="_blank">Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.




“Ümumiyyətlə, Azərbaycan vətəndaşı pasportu olan vətəndaşlarımız 70-dən çox ölkəyə vizasız və yaxud da asanlaşdırılmış, yerində viza ilə gedə bilir. Vizasız rejimlər adətən qarşılıqlı olur. Bu həm də o deməkdir ki, həmin ölkələrin də vətəndaşları üçün də gəliş-gediş rahatlaşır. Turistik əlaqələr də bu baxımdan daha möhkəmlənir. Ümumiyyətlə, dünya üzrə əvvəlki illərlə müqayisədə viza tələbi getdikcə azalmaqdadır. Əgər bu 2008-ci ildə 77 faiz idisə, 2023-cü ildə 47 faizə düşüb. Bu o deməkdir ki, dünya üzrə səyahət edən insanlar əvvəlki illərlə müqayisədə daha az viza tələbi ilə qarşılaşırlar. Dünya əhalisinin təxminən 21 faizi vizasız olaraq səyahət edir”.


Ekspert bildirib ki, viza tələbinin ləğvi daha çox təhlükə riski az olan, dostluq əlaqələri mövcud olan ölkələrlə mümkün ola bilər.


“Əlbəttə, burada siyasi faktorlar, ölkələr arasında olan işbirliyi və s. faktorlar nəzərə alınmaqla həyata keçirilir. Eyni zamanda Avropa ölkələri, Uzaq Şərq ölkələrində viza prosesləri baxmayaraq ki, elektrondur gələcəkdə daha da asanlaşsa, potensial turistlərin getdiyi ölkələrlə də bu münasibətlər qurula bilər. Buna paralel olaraq həmin ölkələrlə uçuşların sayının artırılması da məqsədəuyğundur”.


Ceyhun Aşurov qeyd edib ki, quru sərhədlərimizin qapalı olmasına baxmayaraq, uçuş nöqtələrinin sayının artırılması və uçuş tezliklərinin artırılması nəticəsində ölkəyə gələn turistlərin sayı artmaqdadır.

 

Fidan Vəlisoy 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla