AZ

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik etdi

Bakı. Trend:

Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” Qanundadəyişiklik edilməsi barədə” Qanunun icrası ilə əlaqədar AzərbaycanRespublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsihaqqında fərman imzalayıb.

Trend xəbər verir ki, fərmanda deyilir:

1. “Xidməti və mülki silah haqqında” Azərbaycan RespublikasıQanununun tətbiq edilməsi barədə” Azərbaycan RespublikasıPrezidentinin 1998-ci il 21 fevral tarixli, 679 nömrəli Fərmanınınicrasının təmin edilməsi haqqında” Azərbaycan RespublikasıPrezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanında(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8,maddə 489 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasınınərazisində xidməti və mülki silahın satış Qaydaları”nın 16-cıhissəsinə “Fövqəladə vəziyyət” sözlərindən sonra “və sosialxarakterli fövqəladə mühit” sözləri əlavə edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Silahın geri alınmasıQaydaları”nın 13-cü hissəsinə “Fövqəladə vəziyyət” sözlərindənsonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavəedilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 apreltarixli 74 nömrəli Fərmanı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2009, № 4, maddə 219 (Cild I) ilə təsdiqedilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvəvə Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyihaqqında Əsasnamə”nin 8.12-ci bəndinə “vəziyyət” sözündən sonra “vəsosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.

3. “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazininkomendantlığının fəaliyyəti Qaydası”nın təsdiq edilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 noyabr tarixli1872 nömrəli Fərmanında (Azərbaycan Respublikasının QanunvericilikToplusu, 2022, № 11, maddə 1249 (Cild I) aşağıdakı dəyişiklikləredilsin:

3.1. preambulaya “vəziyyət” sözündən sonra “və sosial xarakterlifövqəladə mühit” sözləri əlavə edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Fövqəladə vəziyyətin tətbiqedildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası”nın 1.1-ci və1.3-cü bəndlərinə “vəziyyət” sözündən sonra “və sosial xarakterlifövqəladə mühit” sözləri əlavə edilsin.

4. “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılanmüvəqqəti xüsusi idarəetmə orqanı haqqında Əsasnamə”nin və“Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan mərkəziidarəetmə orqanı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 noyabr tarixli1873 nömrəli Fərmanında (Azərbaycan Respublikasının QanunvericilikToplusu, 2022, № 11, maddə 1250 (Cild I) aşağıdakı dəyişiklikləredilsin:

4.1. preambulaya “vəziyyət” sözündən sonra “və sosial xarakterlifövqəladə mühit” sözləri əlavə edilsin;

4.2. həmin Fərmanla təsdiq edilmiş “Fövqəladə vəziyyətin tətbiqedildiyi ərazidə yaradılan müvəqqəti xüsusi idarəetmə orqanıhaqqında Əsasnamə”nin 1.1-ci və 1.3-cü bəndlərinə “vəziyyət”sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavəedilsin;

4.3. həmin Fərmanla təsdiq edilmiş “Fövqəladə vəziyyətin tətbiqedildiyi ərazidə yaradılan mərkəzi idarəetmə orqanı haqqındaƏsasnamə”nin 1.1-ci və 1.3-cü bəndlərinə “vəziyyət” sözündən sonra“və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
3
Mənbələr
Şərh ()
Bağla