AZ

“Mançester Yunayted”dən antirekord

İngiltərənin “Mançester Yunayted” klubu tarixinin antirekordunu təkrarlayıb.

Rekord.az xəbər verir ki, Mançester təmsilçisi Premyer Liqanın 36-cı turunda “Kristal Pelas”a 0:4 hesabı ilə uduzub.

Bu, komandanın cari mövsümdə 13-cü məğlubiyyəti olub. Sözügedən nəticə klub tarixinin növbəti antirekordu kimi qeydə alınıb.

Premyer Liqa təmsilçisi həmçinin cari mövsüm qapısından ümumilikdə 81 qol buraxıb. Bu, mankunianların 1977-ci ildəki antirekordunun təkrarı olub. Həmin dönəmdə də komanda qapısından 81 qol buraxmışdı.

"Mançester Yunayted" hazırda 54 xalla Premyer Liqanın turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
8
Mənbələr
Şərh ()
Bağla