AZ

Türk Dövlətləri parlamentlərinin Qadın Problemləri üzrə İxtisas Komissiyalarının iclası KKTC-də keçiriləcək

Bu gün Ankarada Türkiyə Böyük Millət Məclisinin Qadınlar və Kişilər üçün Bərabər İmkanlar Komissiyasının sədri Çiğdem Ərdoğan, KKTC Cümhuriyyət Məclisinin Gender Ayrı-seçkiliyinə Nəzarət Komitəsinin sədr müavini  Eroğlu Canaltay və Azərbaycan Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri Komissiyasının sədri Hicran Hüseynova bir araya gəlib. 

TBMM-dən verilən məlumata görə, AK Partiya Sakarya Millət vəkili, TBMM Qadınlar və Kişilər üçün Bərabər İmkanlar Komissiyasının sədri Çiğdem Ərdoğan toplantıdakı çıxışında iki ölkənin komissiya rəhbərlərini TBMM-də qəbul etməkdən məmnun olduqlarını bildirib. Ərdoğan iki il öncə eyni Antalyada keçirilən görüşü çox məhsuldar qiymətləndirib və  və növbəti görüşü KKTC-də keçirməkdən məmnunluğunu ifadə edib. Üç qardaş ölkənin birliyini vurğulayan 
Çiğdəm Ərdoğan, ölkə parlamentlərinin bu kontekstdə əlaqələr qurmasının da ciddi əhəmiyyət kəsb etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla