AZ

Rusiya Britaniyanı hədələdi - Hərbi obyektləri vura bilər

"Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər".   Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. "Londonun Kiyevin Rusiya ərazisinə Britaniya silahları ilə hücumlar həyata keçirə biləcəyi təhdidləri reallaşarsa, Rusiyanın Ukraynadakı və bu ölkədən kənardakı Britaniya obyektlərinə zərbə endirmək hüququ var", deyə Zaxarova qeyd edib. O, Böyük Britaniyanın xarici işlər naziri David Kameronun Londonun Kiyev rejiminin Britaniya silahlarından Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə etməsini qanuni hesab etməsi ilə bağlı açıqlamasını "tamamilə ağılsızlıq" adlandırıb. "Bu bəyanat nəinki qeyri-qanuni, həm də məntiqsizdir, çünki Britaniya özü də bir müddət əvvəl sözün tam əksini bəyan edib", deyə Zaxarova bildirib. Jalə

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla