AZ

Ögey atasını qətlə yetirməkdə təqsirləndirilən şəxs cəzadan azad edildi

Bakıda ögey atasını qətlə yetirməkdə təqsirləndirilən Elgün Abbasovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Elgün Abbasova hökm oxunub.

Hökmə əsasən, Elgün Abbasov anlaqsız vəziyyətdə Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyindən cinayət məsuliyyətindən və cəzadan azad edilib.

Onun barəsində barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə müvafiq olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə tətbiq edilib.

Xatırladaq ki, prokuror Ziya Mansurov da məhkəmədən təqsirləndirilən şəxs barəsində eyni cəzanı çıxarmasını təklif etmişdi.

Qeyd edək ki, hadisə ötən ilin mayında paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Elgün Abbasov Binəqədi rayonu Rəsulzadə qəsəbəsində aralarında yaranmış mübahisə zamanı bıçaqla ögey atası, 1978-ci il təvəllüdlü Rahib Mehdiyevə xəsarət yetirərək onu qəsdən öldürməkdə təqsirləndirilib.

E.Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla