AZ

30 nəfərin gözü qabağında çempionluq oyunu - VİDEO

Azərbaycan II Liqasında XXXIII tura start verilib.

"Qusar" Sumqayıtda "Baku Sportinq"i qəbul edib.

Bu qarşılaşma hər iki tərəf üçün böyük əhəmiyyət daşıyırdı. Qusarın eyniadlı təmsilçisi qələbə qazansaydı, qızıl medallara iddiasını saxlayacaqdı.

Buzovna komndası isə 3 xal qarşılığında çempionluq taxtina sahiblənəcəkdi.

İlk dəqiqələrdən göründü ki, qonaqlar daha istəkli və əzmkardır. “Qusar”ı qapıya sıxan “Baku Sportinq” fasiləyədək 5-6 qol vəziyyəti yaxaladı. Amma nə olsun, fürsətləri göyə sovurdular.

Onların hayına yalnı Kamal Umudlu yetişdi. Referi 24-cü dəqiqədə şimallıların qapısına şübhəli penalti təyin etdi, Röyal Nəcəfov toru silkələdi.

Bu, birinci hissədə yeganə qol olmadı. Müdafiəçilərin arxasına göndərilən uzun ötürməni qəbul edən Vüqar Əşrəfli 38-ci dəqiqədə hesabı bərabərləşdirdi.

İkinci yarı da maraqlı keçdi. “Baku Sportinq” 48-ci dəqiqədə Röyal Nəcəfovla ikinci qolu vurdu. Hücumçu sağ cinah asmasını başla “çərçivə”dən keçirdi.

Bundan sonra da hücumlara ara verməyən buzovnalılar nə illah elədisə, növbəti qola sevinə bilmədi. Əgər qapıda Əli Həsənli olmasaydı, başqa məsələ.

Onun “Qusar”ı xilas etdiyi epizodların sayı durmadan artırdı. Bəs komanda yoldaşları neylədi?

85-ci dəqiqədə Firudin Ağalarov ikinci sarı vərəqəni alaraq, paltardəyişmə otağına bir az tez getdi, ardınca da Vüqar Əşrəfli inanılmaz qol şansını heç etdi.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Xallarını 58-ə yüksəldən "Baku Sportinq" liderlik qoltuğunu möhkəmləndirdi. 45 xalı olan"Qusar" isə indi 5-ci yerdədir.

SPORTİNFO.AZ

“Kapital Bank Arena” (ehtiyat meydança). 30 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Tərlan Talıbzadə
Dördüncü hakim: Fəridə Lütfəliyeva
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Firudin Ağalarov, 53, 85 (qeyri-idman hərəkəti); Elnur Dəmirli, 63 (qeyri-idman hərəkəti); Əsgər Hümbətov, 81 (qeyri-idman hərəkəti); İlqar Hüseynov, 87 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Firudin Ağalarov, 85
Qollar: Vüqar Əşrəfli, 38 // Röyal Nəcəfov, 24 (p.), 49
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

Qusar”

1. Əli Həsənli
15. Firudin Ağalarov
11. Sərxan Ağayev (k)
(3. Firdovsi Kazımov, 57)
8. Orxan Qurbanlı
(7. Nicat Muxtarov, 82)
38. Vüqar Əşrəfli
17. Osman Osmanov
(18. İlham Yarəliyev, 67)
13. Viqar Əlibabayev
5. Elnur Dəmirli
6. Kazbək Qafarov
37. Əsgər Hümbətov
(4. İlqar Hüseynov, 82)
88. Murad Hüseynov
Ehtiyat oyunçular:
22. İmran Məhərrəmov
Baş məşqçi: Emin Əmiraslanov

“Baku Sportinq”

1. Cəfər Əlizadə
13. Comərd Baxşəliyev
19. Hüseyn Axundov
25. Qərib İbrahimov
27. Bəxtiyar Soltanov
9. Röyal Nəcəfov (k)
4. Elşad Manafov
8. Aqşin Paşayev
7. Məhəmməd Xəlilov
17. Hüseyn Əliyev
32. Elməddin Hüseynzadə
(10. Elgün Abbaslı, 73)
Ehtiyat oyunçular:
22. Vaqif Şirinbəyov
28. Ülvi Quliyev
6. Ağası Babayev
2. Ramil Rüstəmov
99. Hakan Həsənov
15. Azad Rəcəbov
Baş məşqçi: Elman Sultanov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
Mənbələr
Şərh ()
Bağla