AZ

“Sabah biz daha burada olmayacağıq, çünki kəndin bu hissəsi Azərbaycana verilir” – Kirants sakini

“Sütunlar kəndin ortasına qoyulacaq, sabah biz daha burada olmayacağıq, çünki kəndin bu hissəsi Azərbaycana keçəcək”.

İnterpress.az xəbər verir ki, bunu Kirants kənd sakinlərindən biri jurnalistlərlə söhbətində sərhədin demarkasiyası proseslərindən danışarkən bildirib.

Kirants sakini sərhəd dirəklərinin harada quraşdırılacağını soruşduqda belə cavab verib:

“Bizim arxamızda, kəndin ortasında, evlərin həyətində sərhəd dirəkləri quraşdırılacaq. Sabah siz də, biz də burada olmayacağıq. Çünki kəndin bu hissəsi Azərbaycana keçəcək”.

Qeyd edək ki, Kırants kənd rəhbəri prosesdən razı qaldığını bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla