AZ

”Ege Hospital”da tibbi sertifikasiyadan keçməyən işçilər çalışır?

“Ege Hospital” barəsində inzibati protokol tərtib olunub. 

Valyuta.az xəbər verir ki, hospitalar qarşı İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə ittiham irəli sürülüb.

İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.

Mayın 21-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

İclas hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçiriləcək. 

215.4-cü maddəyə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Hüseyn
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
valyuta.az

1Mənbələr