AZ

Avtomobillərin sığorta şirkətlərinə məlumat ötürdüyü aşkara çıxıb

İnternetə qoşulmuş avtomobil sürücünün bir çox halda işini asanlaşdırır. Bu yolla qəza riskini də azaltmaq olur. Lakin işin bilinməyən tərəfləri də var. 

Avtosfer.az xəbər verir ki, General Motors, Honda, Mitsubishi, Kia və Hyundai şirkətlərinin sürücülər barədə məlumatları sığorta şirkətlərinə ötürdüyü üzə çıxıb. 1 iyul 2022-ci ildə etibarən Avropa və ABŞ-də satılan bütün avtomobillər təyyarədəki kimi “qara qutu” ilə təchiz edilir. Bu sistem sürücülərin bütün davranışlarını və sürüş tərzini qeydə alır. 


Bu günlərdə məlum olub ki, avtomobil istehsalçıları “qara qutu”dakı məlumatları ABŞ-dəki sğorta şirkətlərinə ötürürmüş. Sonuncular da öz növbəsində sürücünün profilini formalaşdırır, hər sürücüyə fərqli qiymət təklif edirlər. 
Məsələ, Vaşinqtonda bir sürücüdən 5000 dollar sığorta haqqı tələb edilərkən üzə çıxıb. Sığorta agenti onun avtomobili 180 dərəcə fırlatdığını bidirdikdən sonra sürücü məhkəməyə müraciət edib. Hazırda ABŞ məhkəmələrində azı 10 oxşar işə baxılır.

Vüqar Yaşaroğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla