AZ

Sumqayıtda oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Sumqayıtda oğurluq etməkdə təqsirləndirilən Rahim Səlimzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Hakim Rövşən Xəlilovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş Rahim Səlimzadə 2 nəfərin bank kartlarından ümumilikdə 200 manat pul oğurlamaqda, bir nəfəri isə aldadaraq 130 manat pulunu almaqda tqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla