AZ

Zamanla qadınların orta əməkhaqqı kişilərin əmək haqqını ötəcək -PROQNOZ

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, əsas prioritetlərdən biri məhs qadınların cəmiyyətdə iqtisadi fəallığının artırılmasıdır.
Bunu "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq va imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş" mövzusunda 4-cü DÍM Dialoqunda çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
O bildirib ki, əsas məqsədlərdən biri onların yüksək əməkhaqqı olan iqtisadi sahələrdə məşğulluğunun təşviqi, peşə yönümü, karyera məsləhəti və digər aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi yolu ilə qadınların iqtisadi imkanlara çıxışının artırılmasıdır.
“Strategiya həmçinin, qadınlar üzrə orta aylıq əməkhaqqının kişilər üzrə orta aylıq əməkhaqqına nisbətinin 2021-ci ildəki 65,8%-dən 80%-ə çatdırılmasını nəzərdə tutur”- nazir müavini əlavə edib.

İqtisadçı ekspert Eldəniz Əmirov isə "Sherg.az"a qadınların orta aylıq əməkhaqqının qaldırılması üçün hər hansı bir qərar qəbul edilə bilməz:

“Bunun üçün atılmalı olan addım  orta aylıq əməkhaqqının yuxarı olan bölmələrdə qadınların fəaliyyətinin təşviq edilməsidir. Maliyyə, neft və sığorta sektorlarında əmək haqqı yuxarıdır. Həmin sektorlarda qadınların işlə fəaliyyətinin təmin olunması nəticə etibarı ilə onların orta aylıq əməkhaqqlarının yüksəldilməsinə xidmət edir. Zamanla qadınların orta əməkhaqqı kişilərin də əmək haqqını ötəcək. Çünki aşağı fiziki əmək tələb edən amma əməkhaqqı yuxarı olmayan sektorlarda kişilər çalışırlar. Əmək haqqının saya bölünməsi baxımından yanaşdıqda isə vaxt keçdikcə həm müəllimələrin əmək haqqlarının artırılması həm də qadınların digər sektorlara daha geniş müraciət etməsi və fəaliyyət göstərməsi onsuzda qadınların orta əməkhaqqının kişilərin əmək haqqına çatacağını qaçınılmaz edəcək. Bu prosesi təşviq etməklə o zamanı qısaltmaq olar.”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla