AZ

Putin 2600 qonaq qarşısında: "Əminəm ki, biz bu çətin mərhələni qürurla keçəcəyik"

Bu gün Vladimir Putin Kreml sarayında and içərək, 5-ci dəfə Rusiya Federasiyasının prezidenti vəzifəsinin icrasına başlayıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, andiçmə mərasimində Federasiya Məclisi, Duma və Konstitusiya Məhkəməsinin üzvləri, mətbuat nümayəndələri və vətəndaşlar da daxil olmaqla 2600-ə yaxın qonaq iştirak edib.

Mərasimdəki çıxışında Putin onu yenidən seçən vətəndaşlara təşəkkür edib və Rusiya xalqının maraqlarının və təhlükəsizliyinin onun üçün hər şeydən önəmli olduğunu vurğulayıb: "Rusiya vətəndaşları ölkənin kursunun düzgün olduğunu təsdiqlədilər. Bu, ciddi problemlərlə üzləşdiyimiz bir vaxtda böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz bu çətin mərhələni qürurla keçəcəyik, daha da güclənəcəyik və uzunmüddətli planlar və irimiqyaslı layihələr həyata keçirəcəyik. İnsanların müdafiəsi prioritet məsələdir. Çoxəsrlik ailə dəyərlərinin dəstəklənməsi, ənənələr ictimai və dini dəyərləri, birlikləri, siyasi partiyaları dəstəkləyəcəyik..."

Bir çox ölkə ilə yaxşı əlaqələr qurmaq niyyətində olduqlarını bildirən Putin Qərbə də mesaj verib: "Biz Rusiyanı etibarlı və vicdanlı tərəfdaş kimi görən bütün ölkələrlə yaxşı münasibətlərin möhkəmləndirilməsinə açıq olmuşuq və olacağıq. Bu ölkələr həqiqətən qlobal əksəriyyət təşkil edir. Biz Qərb dövlətləri ilə dialoqdan qaçmırıq. Onlar Rusiyanın inkişafına mane olmağa, işğalçılıq siyasətinə, ölkəmizə illərdir olan təzyiqləri davam etdirməyə qərarmi verəəck, yoxsa əməkdaşlıq, sülh yolu axtaracaqlar? Seçim onlarındır.

Biz şoxqütblü dünya nizamı, bərabər və bölünməz təhlükəsizlik sistemi yaratmaq üçün səylərimizi artıracağıq...".

Firudin Səfərli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla