AZ

Avropa ən böyük neft şirkətlərini itirə bilər

Avropanın iki ən böyük neft şirkəti olan "Shell" və "TotalEnergies"in səhmləri aşağı düşüb.

Bakıvaxtı.az "CNN"ə istinadən bildirir ki, hər iki şirkət dünyanın maliyyə mərkəzi sayılan "Wall Street" birjalarından çıxmağı planlaşdırır. 

 Analitiklərə görə, ABŞ-nin əsas neft şirkətləri ilə müqayisədə "Shell" və "TotalEnergies" səhmlərinin aşağı düşməsi qeydə alınıb. Həmin şirkətlər səhmlərin dəyərdən düşməməsi üçün müxtəlif addımlar atsalar da, effektiv nəticə əldə olunmayıb. Bütün hallarda "Shell" və "TotalEnergies"in birjadan çıxışı yerli fond bazarları, xüsusən də London üçün tam böhrana səbəb olacaq.

Qeyd edək ki, Britaniyanın "Shell" neft şirkəti Londonun FTSE 100 indeksində ümumi bazar kapitallaşmasının 8,4%-ni təşkil edən ikinci ən böyük şirkətdir. Fransanın "TotalEnergies" şikrəti isə ümumi bazar kapitallaşmasının 6%-ni təşkil etməklə, CAC 40 indeksi üzrə dördüncü ən böyük şirkət hesab olunur. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla