AZ

Zarina Qurbanova: "Deyirlər, ərə get, uşağın olsun, boşanarsan" - VİDEO

Azərbaycanlı aktrisa Zarina Qurbanova hazırda ölkəmizdəki gənclərin böyük əksəriyyətinin ailə təzyiqi ilə evləndiyini bildirib.

Ölkə.az xəbər verir ki, "Xəzər axşamı" proqramına qonaq olan Zarina boşanmaların sayının artmasının iki gəncin bir-birini tanımadan qısa müddətdə ailə həyatı qurması ilə əlaqələndirib:

"Valideynin təkidi ilə ailə həyatı qurmaq günümüzün aktual problemlərindən biridir. Əsas da oğul anaları onlara təsir edir. Mən öz ətrafımdan, yaxın dost-tanışlarımdan deyə bilərəm ki, onlara "Sənin yaşın keçir", "Toy etməlisən", "Mən nəvə görməliyəm", "Mən nə qədər toylara pul salmışam" kimi sözlər deyilir.

Bunun nəticəsində iki gənc bir-birini tanımdan evlənir. Sonda isə boşanır. Bu bizim incəsənət adamlarına da aiddir. Mənin 33 yaşım var. Deyirlər ailə qur, el gözünə ərə get... Bir uşaq olar sonra boşanarsan". 

Ətraflı videoda:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
50
Mənbələr
Şərh ()
Bağla