AZ

Nəsimi DYP Bakını bir-birinə qatan "avtoşu" tutudu:15 gün həbs- VİDEO

Paytaxtın müxtəlif yerlərində, xüsusilə də Nəsimi rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, Nəsimi DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı Qara Abdullayev tərəfindən aşkar edilən faktlar nəticəsində araşdırma aparılıb və sürücü DYP əməkdaşları tərəfindən saxlanılıb.


Araşdırmalar nəticəsində 90-BA-046 dövlət nömrə nişanlı, "Niva" markalı avtomobilin sürücüsü Süleymanov Əbülfəz Eldar oğlunun müxtəlif vaxtlarda avtomobilin dövlət nömrə nişanlarını çıxararaq təhlükəli manevrlər etməsi müəyyən olunub. Xüsusilə Nəsimi rayonu Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Salamzadə küçələrində avtoxuliqanlıq edən şəxsin avtomobildə konstruksiya dəyişiklikləri etdiyi də müəyyən olunub.


Müxtəlif vaxtlarda ciddi qayda pozuntuları edərək videoya çəkib sosial şəbəkələrdə paylaşan şəxs barəsində toplanmış materiallar aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə təqdim olunub.


Məhkəmənin qərarı ilə sürücü 1 il sürücülük hüququ məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs olunub.

Fərid

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
9
Mənbələr
Şərh ()
Bağla