AZ

Rusiyada nazir rüşvət alarkən həbs edildi

Başqırdıstanın Nəqliyyat naziri Aleksandr Klebanov rüşvət alarkən həbs edilib. 
Sosial.tv xəbər verir ki, bu barədə “RBC Ufa” məlumat yayıb.
Klebanov 2022-ci ilin dekabrında nazir vəzifəsinə təyin olunmuşdu.
Aleksandr Klebanov 1976-cı ilin avqustunda Moskvada anadan olub. Rusiya Xalqlar Dostluğu Universitetini və Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasını bitirib. Klebanov 2021-ci ilin iyul ayına qədər Perm diyarının nəqliyyat nazirinin müavini vəzifəsində çalışıb.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
224
sosial.tv

1Mənbələr