AZ

Ekspert: İstənilən şəxs qanun qarşısında bərabər hüquqa malikdir

Avtomobini səkidə idarə edən sürücü həbs edilib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan "Mercedes" markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.

Nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, istənilən şəxs qanun qarşısında bərabər hüquqa malikdir:

“Onun maddi vəziyyəti digər insanlardan fərqlənmir. Xüsusən də müəyyən dövlət qarşısında öhdəlikləri olan və ya hər hansı bir sahibkarlıq subyekti ilə fərqli olan, ictimaiyyət arasında xüsusi hörməti və rəğbəti olan insanlar bu yöndə daha məsuliyyətli davranmalıdırlar. Ola bilsin gənclik mövqesindən çıxış edərək hər hansı bir şəxs özünü əsaslandırma kimi belə qərarlar qəbul edərək addımlar atırlar. Belə addımlardan onları təbliğat, təşviqat və tənbehin ən yaxşı variantını tətbiq edərək çəkindirmək lazımdır.”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla