AZ

Naxçıvan klubunun şansı üzünə güldü, “qızıl dubl” etdi

Sportinfo.az xəbər verir ki, bu gün futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.

Mövsümün son matçında ölkə çempionu “Araz-Naxçıvan”la cari mövsümün gümüş medalçısı, Azərbaycan kubokunun ötən mövsümkü qalibi “Baku Fire” üz-üzə gəlib.

15 ildir kuboku qazanmayan “Araz-Naxçıvan” bu dəfə “qızıl dubl” etmək niyyətindədir.

Heyətlərə gəldikdə, “Araz-Naxçıvan” passivində 2 sarı vərəqə olan Novruz Kazıxanovun xidmətindən istifadə edə bilmirdi.

Oyundan əvvəl isə “Baku Fire” komandasınınm üzvləri onları dəstəkləmək üçün arenaya gəlmiş azarkeşlərə toplar hədiyyə etdilər.

Oyun sürətli başladı. Nominal meydan sahibləri ardıcıl 2 qol vurmaqla üstünlük qazandı.

Düzdür, sonra Manafov baxımlı qola imza atmaqla fərqi azaltsa da, 12-ci dəqiqədə qeydə alınan avtoqol “Araz-Naxçıvan”ın aktivinə yazıldı. Amma oyundan qopmayan “Baku Fire” fasiləyə qədər hesaba tarazlıq gətirdi.

İkinci hissəyə “Baku Fire” qolla başladı və oyunda ilk dəfə hesabı xeyrinə dəyişməyi bacardı. Nominal qonaqlar üstünlüklərini artırmağa da nail oldular.

Lakin 34-cü dəqiqədə yenidən tablodakı rəqəmlər eyniləşdi və qalib əsas vaxtda müəyyənləşmədi. Komandalar hər biri 5 dəqiqədən ibarət əlavə iki hissədə mübarizə aparmalı oldular.

Əlavə vaxtın ilk hissəsində Emil Həsənzadə ikinci sarı-qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu. Yenə də hesab dəyişmədi. Qalib isə penaltilər seriyasında müəyyənləşdi.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirildi.

Komandalara mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov təqdim etdi. Xəzər Ağalızadə (“Araz-Naxçıvan”) final matçının ən yaxşısı seçildi.

"Araz-Naxçıvan" – "Baku Fire" (3:3) 5:5 pen. 5:4

7 may. Bakı İdman Sarayı. Saat 14:00

Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Kənan Məlikov

Hakim-inspektor: Ramiz Əsədov

Qollar: Amadeu, 3:20, Andre Junior, 6:43, Kamran Hacıyev, 11:35 (ö/q), Xəzər Ağalızadə, 29:00, Lukas Romao, 33:29 // Kənan Manafov, 10:25, Tofiq Mikayılov, 13:56, İaqo Henrique, 19:09, Oktay Rüstəmli, 20:15, Elvin Quliyev, 23:23

Sarı vərəqələr: Lukas Romao, 5:36, Amadeu, 6:14, Emil Həsənzadə, 12:33 // Oruc Baxşəlizadə, 15:37, Tofiq Mikayılov, 19:09

Qırmızı vərəqə: Emil Həsənzadə, 43:17

Penaltilər: Andre Junior+, Amadeu +,Məhəmməd Abbasov +,Xəzər Ağalızadə +, Lukas // İaqo Henrique +, Oktay Rüstəmli +, Tofiq Mikayılov -, Oruc Baxşəlizadə +, Kənan Manafov +

“Araz-Naxçıvan”: 1. Emin Kürdov (q, k), 7. Lukas Romao, 14. Xəzər Ağalızadə, 15. Amadeu, 20. Diaqo Auqusto, 12. Azər Fərmanov (q), 19. Vladislav Reznov (q), 3. Məhəmməd Abbasov, 8. Andre Junior, 9. Emil Həsənzadə, 10. Miloş Todoriç, 11. Həsənəli Rəhimov, 18. Tofiq Hüseynov

Baş məşqçi: Vitali Borisov

“Baku Fire”: 12. Kamran Hacıyev (q), 10. Oktay Rüstəmli, 11. İaqo Henrique, 14. Tofiq Mikayılov, 17. Fərid Ələkbərov, 1. Elnur Zamanov (q), 4. Elvin Quliyev (k), 3. Oruc Baxşəlizadə, 7. Faiq Əliyev, 8. Nihad İsmayılov, 9. Murad Quluzadə, 19. Tofiq Əliyev, 20. Fərid Abbasov, 99. Kənan Manafov

Baş məşqçi: Teymur Eyvazov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
Mənbələr
Şərh ()
Bağla