AZ

Futzal: “Araz-Naxçıvan”dan “qızıl dubl”!

Bu gün keçirilən futzal üzrə Azərbaycan Kubokunun final qarşılaşması ilə 2023/2024-cü illər mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, mövsümün son matçında ölkə çempionu “Araz-Naxçıvan”la cari mövsümün gümüş medalçısı, Azərbaycan Kubokunun ötən mövsümkü qalibi “Baku Fire” üz-üzə gəliblər.

15 ildir kuboku qazanmayan “Araz-Naxçıvan” bu dəfə “qızıl dubl” etmək niyyətindəydi. Gərgin keçən qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə Naxçıvan təmsilçisi sevinən tərəf olub. Beləcə, həm Yüksək Liqanın, həm də Azərbaycan Kubokunun qalibi olan “Araz-Naxçıvan” “qızıl dubl”a imza atıb.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Komandalara mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov təqdim edib. Xəzər Ağalızadə (“Araz-Naxçıvan”) final matçının ən yaxşısı seçilib.

Azərbaycan Kuboku
Final
7 may

Araz-Naxçıvan – Baku Fire 5:5 (penaltilər 5:4)
Qollar: Amadeu, 3:20. Andre Junior, 6:43. Kamran Hacıyev, 11:35-öz qapısına. Xəzər Ağalızadə, 29:00. Lukas Romao, 33:29 – Kənan Manafov, 10:25. Tofiq Mikayılov, 13:56. İaqo Henrique, 19:09. Oktay Rüstəmli, 20:15. Elvin Quliyev, 23:23.
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Kənan Məlikov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 14:00.

Araz-Naxçıvan: 1. Emin Kürdov (k), 7. Lukas Romao, 14. Xəzər Ağalızadə, 15. Amadeu, 20. Diaqo Auqusto, 12. Azər Fərmanov, 19. Vladislav Reznov, 3. Məhəmməd Abbasov, 8. Andre Junior, 9. Emil Həsənzadə, 10. Miloş Todoriç, 11. Həsənəli Rəhimov, 18. Tofiq Hüseynov.
Baş məşqçi: Vitali Borisov.

Baku Fire: 12. Kamran Hacıyev, 10. Oktay Rüstəmli, 11. İaqo Henrique, 14. Tofiq Mikayılov, 17. Fərid Ələkbərov, 1. Elnur Zamanov, 4. Elvin Quliyev (k), 3. Oruc Baxşəlizadə, 7. Faiq Əliyev, 8. Nihad İsmayılov, 9. Murad Quluzadə, 19. Tofiq Əliyev, 20. Fərid Abbasov, 99. Kənan Manafov.
Baş məşqçi: Teymur Eyvazov.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
1
arena.az

3Mənbələr