AZ

“Vakansiyalardakı yaş tələbi iş axtaranları pis vəziyyətdə qoyur” - Ekspert

“Universiteti yeni bitirmişəm, amma məndən ən azı 2 illik iş təcrübəsi tələb edirlər”.

Son illər rastlaşdığımız əksər vakansiyalarda müəyyən müddətdə keçirilmiş iş təcrübəsi tələbini görmək mümkündür. Bəs vakansiyalarda qeyd olunan bu tələb qarşısında universiteti yeni bitirənlər necə iş tapsınlar? 

“Operativ Media” gənclərin iş problemini araşdırıb. Mütəxəssislər bildirirlər ki, problemin əsas səbəbi bəzi sahələrdə gənclərin əldə etdikləri biliklərin kifayət qədər yetərli olmamasıdır. Elə bu səbəbdən də işə götürənlər həmin sahələr üzrə müəyyən iş təcrübəsi keçən işçi tələb edirlər.   

 İnsan Resursları üzrə mütəxəssis Röyal Əhmədov deyir ki, xüsusilə özəl sektorlar daha çox gənc kadrları işə götürməyə üstünlük verirlər:

“Şirkətlər daha çox gənclərə üstünlük verirlər və düşünürlər ki, onlar daha çox inkişafa meyilli, yeni fikirlərə açıqdırlar, amma bəzi inzibati vakansiyalar var ki, orada daha çox yaş deyil, təcrübə önəmli hesab olunur. Mühasib və ya insan resursları üzrə mütəxəssis axtarılırsa, bu zaman təcrübə daha çox önəm daşımalıdır. Mütəxəssis kimi yaşı az olan birinə üstünlük vermək doğru deyil".

O, bildirib ki, bu məsələni tənzimləmək üçün qanunvericilikdə hansısa tələb yoxdur, lakin iş elanlarında yaş aralığının dəyişdirilməsi gənclərin daha tez iş tapmalarına  kömək edə bilər:

"Problemi həll etmək üçün əsas məsələ yaş aralığını artırmaqdır. Məsələn, 25-35 yaş deyil, 20-40 yaş aralığı və ya 45-ə qədər yüksəltsələr yaxşı olar, həmçinin 40 yaşını keçmiş şəxslər də dövrün tələbinə uygun özlərini inkişaf etdirməlidirlər, çünki zaman keçdikcə  exnologiya inkişaf edir və öyrənmə imkanları daha da genişlənir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla